“Томошабин” шеърим озарбайжон тилида

Öbəkistanlı şair dostum A’zam Obidov un bir şerini Özbək türkcəsindən dilimizə uyğunlaşdırdım.
TAMAŞAÇI
Ah, bu qədər çoxmu həyat,
Ürək boşluq, könül məst.
Ümidlərim bulmaz qanad,
Arzularım yürüməz.
Başım uca, ayağım ləng,
Yer üzündə yolçuyam.
Nə deyim ki, milyonlartək,
Mən də tamaşaçıyam.
Biganəlik… Solan güllər,
Qan ləkəli sübutlar.
Ah, bağrımda ilmələnər,
Başı kəsik ümidlər.